Komanda yenə məyus oldu
Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran” bu gün növbəti yoxlama görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, komanda bu dəfə Ukraynanın “Metallurq” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Ukrayna klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk yoxlama oyununda Türkiyənin “Təkirdağspor” klubu ilə 2:2 hesablı heç-heçə edən cənub təmsilçisi ikinci matçında Almaniyanın 3-cü Bundesliqasında çıxış edən “Kemnitser”ə uduzub – 0:2.
Yoxlama oyunu
17 yanvar
“Xəzər Lənkəran” – “Metallurq” (Zaporojye) - 1:2 (1:0)
Qol: Sadio Tounkara, 31 (1:0).