Mahir Şükürov FIFA-ya şikayət etdi

16:30 - 18 Yanvar 2015

Futbolçu klubdan pullarını ala bilmir
 
Azərbaycan yığmasının müdafiəçisi FİFA-ya şikayət edib. 
 
Sportal.az xəbər verir ki, buna səbəb futbolçunun çıxış etdiyi "Karşıyaka"nın ona olan borcunu ödəməməsidir.  Mövsümün əvvəlindən PTT 1-ci liqa klubununun şərəsini qoruyan Mahir klubdan 55 000 ABŞ dolları almalıdır.
 
"Karşıyaka" klubu isə bu məbləği ödəməyə tələsmir. Klub tez bir zamanda həmin pulu futbolçuya ödəməsə, artıq Mahir sabahdan etibarən azad agent statusu ala biləcək.
 
PTT 1-ci liqada növbəti turun oyunları gələn həftə start götürəcək. Mahir mövsümün geridə qalan hissəsində 12 oyuna çıxıb, 1 qol vurub.

Xəbər xətti