Sportal.az xəbər verir ki, bu sözləri Türkiyənin “Ərciyəssəpor” klubunun baş məşqçisi Mehmet Özdilək “Neftçi” ilə yoxlama matçından (0:0) sonra deyib.
Türkiyəli mütəxəssis “Neftçi” və ümumi Azərbaycan futbolu haqda xoş sözlər deyib:“Bu gün hər iki komanda üçün yaxşı bir məşq oldu. Hər iki tərəfin qol vəziyyətləri oldu. Matçda həm sürət, həm də mübarizə vardı. Azərbaycan komandaları və ölkə çempionatı getdikcə güclənir. Bu komandada da fərdi ustalığı yüksək səviyyədə olan futbolçular var