Yığmamız iki oyunda da qələbə qazanıb

11:50 - 19 Yanvar 2015

Yoldaşlıq matçları

 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Macarıstan yığması ilə qarşılaşan futbolçularımız 3:1 hesabı ilə qələbə qazanıb. Hikmət Bağırovun dubl etdiyi oyunda 1 dəfə Orxan Məmmədov fərqlənib.

 

Növbəti rəqib Birləşmiş Ərəb Əmirlikləri yığması olub. Millimiz bu oyunu da qələbə ilə başa vurub – 3:2. Bu qarşılaşmada Orxan Məmmədov dubl edib. Komandamızın digər qolunun müəllifi isə Sabir Allahquliyev olub.

Xəbər xətti