"Real" "Liverpul"a Benzema üçün 40 milyon avro "qiymət oxudu"

14:25 - 19 Yanvar 2015

Benzemanın əvəzinə Kavani?

 

"Real"ın fransalı hücumçusu Kərim Benzema karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 27 yaşlı forvardı heyətinə qatmaq istəyən "Liverpul" 40 milyon avrosundan keçməlidir. "Kral" klubu Benzemanı bu məbləğdə sataraq, onu əvəz edəcək oyunçu kimi PSJ-nin futbolçusu Edinson Kavanini sıralarına qatmaq niyyətindədir.

 

Qeyd edək ki, Benzema bu mövsüm çıxdığı 21 matçda 13 qol və 9 asistlə yadda qalıb.

Xəbər xətti