"Rəvan"ın sabiq prezidenti oteldə ölü tapıldı

13:40 - 26 Fevral 2015

Səfiyevin naməlum vəfatı
 
"Rəvan" klubunun sabiq prezidenti Müşfiq Səfiyevin üzərində zorakılıq olmayan meyiti dünən saat 17:00 radələrində Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında aşkarlanıb.
 
Sportal.az xəbər verir ki, işi ilə əlaqədar Salyana gələrək həmin mehmanxanada qalan  sabiq prezident qapının döyülməsinə və telefon zənglərinə cavab verməyib. Bunu görən otel işçiləri onun qaldığı otağa pəncərədən daxil olarkənsabiq klub rəsmisinin meyitini görüblər. O, artıq çoxdan keçinibmiş.

Mərhumun cəsədinin ətrafına istifadə etdiyi dərmanlar da səpələnibmiş. 50 yaşlı Müşfiq Səfiyev yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün onun beyninə qan sızdığı ehtimal olunur. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur.(virtualaz.org)

Xəbər xətti