"Xəzər Lənkəran"ın iki futbolçusu "Bakı"ya qarşı oynamayacaq

18:20 - 26 Fevral 2015

XXIV tura hazırlıq
 
Premyer Liqanın XXIV turunda “Bakı” klubunu doğma arenada qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını yekunlaşdırmaq üzrədir.
 
Sportal.az xəbər verir ki, komanda üzvrləri fevralın 26-da günün birinci yarısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə şəhərin mərkəzində ucaldılmış abidəni ziyarət ediblər.  Daha sonra özünün baza-oteinə qayıdaraq istirahətə çəkilən komandamız saat 16:00-da ehtiyat meydançada məşqə çıxıb.
 
Taktiki düzülüşlərlə toplu çalışmlardan ibarət hazırlıq prossesi iki tərəfli oyunla bitib. Bununla da “Bakı” ilə oyunun hazırlıqları bitmiş sayılaraq futbolçulara oyunöncəsi son məşqə qədər istirahət verilib.
 
Əlavə edək ki, zədəsini sağaltmaq üzrə olan Tural Cəlilov və Adrian Skarlatake baş məşqçinin köməkçisi Covanni melkiorenin nəzarətində ehtiyat meydança boyu qaçışla və bəzi fiziki hərəkətlərin yerinə yetirilməsi ilə kifayətləniblər.
 
Mənbə: 12cioyuncu.info 

Xəbər xətti