"Sözügedən müqavilənin müddəti artırılmayacaq"
İspaniyanın "Atletiko Madrid" klubu "Land of Fire Azeribaijan" reklamından imtina etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin Azərbaycan tərəfi ilə anlaşmasının 2014/15 mövsümünün sonunadək olduğu bildirilirdi. Lakin İspaniya mətbuatının yazdığına görə, sözügedən müqavilənin müddəti artırılmayacaq. Bu üzdən də "Atletiko" növbəti mövsüm Azərbaycanı reklam etməyəcək. İspaniya təmsilçisi artıq yeni titul sponsoru axtarışına çıxıb.
Qeyd edək ki, "Atletiko" qarşılıqlı razılıq əsasında hazırda formalarında "Bakı-2015" yazısı ilə çıxış edir.
saytlarin hazirlanmasi