AZAL-a bəd xəbər: "10-15 gün oynamayacam"

00:12 - 10 Aprel 2015

Şemonayev komandasına kömək edə bilməyəcək
 
AZAL-ın müdafiəçisi Aleksandr Şemonayev məşqdə ayağından zədə aldığı üçün dünən "Qarabağ"la oyunu tribunadan izləyib.
 
Zədəsinin son durumu haqda futbolçu Sportal.az-a açıqlamasında məlumat verib:
 
"10-15 gün oynamayacağım dəqiqdi. Bundan sonra fərdi məşqlərə başlayıb yenidən komandaya qoşulacam".

Xəbər xətti