"Xəzər Lənkəran"da kapitan şoku

10:30 - 10 Aprel 2015

İki futbolu cəzalı durumda

 

Premyer Liqanın 29-cu turunda "Neftçi" ilə 2:2 hesablı heç-heçə edən "Xəzər Lənkəran" iki itki ilə üzləşib.

 

Sportal.az хəbər verir ki, baş məşqçi Elbrus Məmmədov Rahid Əmirquliyevlə Elşən Rzazadənin хidmətindən məhrum olub. Hər iki futbolçu cəzalı duruma düşüb. Elşən "Neftçi" ilə oyunun 78-ci, Rahid 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" 30-cu turda istirahət edəcəyindən onlar cəzalarını 31-ciI turun "Qəbələ" ilə oyununda çəkəcəklər.

Xəbər xətti