"Xəzər Lənkəran" "Neftçi" ilə heç-heçədən sonra 5 günlük istirahətə buraxıldı

16:54 - 10 Aprel 2015

Komanda aprelin 15-i bir araya gələcək
 
“Neftçi ilə oyundan sonra “Xəzər Lənkəran” sərbəst buraxılıb.
 
Sportal.az xəbər verir ki,  əzəli rəqiblə görüşdə iki top fərqi ilə geridə olmasına və azlıqda qalmasına rəğmən əzmkar heç-heçəyə nail olan cənub təmsilçisi 5-gün istirahət edəcək. Yerli futbolçular hamılıqla evlərinə gediblər, legioner də öz ölkələrinə yollanıblar. Aprelin 15-də yenidən bir araya gələcək komanda doğma şəhərdə bir həftədən çox hazırlıq keçəcək.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın təqviminə əsasən XXX turda “Araz Naxçıvan”la üz-üzə gəlməli idi. Lakin Muxtar Respublika təmsilçisi çempionatdan imtina etdiyindən bu klubla görüş turunda komandalar istirahət edir. Bu dəfə də növbə “ağ-yaşıl”larındır.
 
Beləliklə Premyer Liqanın XXXI turundan  çempionata qoşulacaq “Xəzər Lənkəran” aprelin 25-də “Fırtınalar meydanı”nda “Qəbələ” klubunu qəbul edəcək. (12cioyuncu.info)

Xəbər xətti