3 qızıl medal
6-9 aprel tarixlərdə ağır atletika üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmə idmançılar arasında Azərbaycan birinciliyi keçirilib. Gəncə Olimpiya İdman Kompleksində baş tutan yarışda çox sayda idmançı medallar uğrunda mübarizəyə qoşulublar.
Sportal.az xəbər verir ki, birincilikdə geniş heyətlə iştirak edən “Zirvə” İdman Klubu uğurlu çıxış nümayiş etdirib. Ağırlıqqaldıranlarımız 11 medal qazanıb ki, bunlardan da 3-ü qızıl, 4-ü gümüş və 4-ü də bürüncdür.
Bu nəticə ilə klubumuz bütün rəqiblərindən üstün olaraq (UGİM – 2 qızıl 3 gümüş və 3 bürünc, “Təhsil” – 3 qızıl və 1 gümüş) birinciliyin mütləq qalibi adını qazandı.
saytlarin hazirlanmasi