"Futbol adına çox gülünc, peşəkarlıqdan uzaq və biabırçı qərardı"

17:44 - 11 Aprel 2015

İbrahimoviç: "Əgər onları təhqir etsəydim, üzr istəyərdim"
 
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Fransa Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmasına münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, isveçli forvard bu cəzanın futbol adına biabırçılıq olduğunu deyib:
 
"Bu cəza mənim söylədiklərimin doğru olduğunu təsdiqlədi. Artıq insanlar reallığı mənim sözlərimlə deyil, öz gözləri ilə görürlər. Futbol adına çox gülünc, peşəkarlıqdan uzaq və biabırçı qərardır. Əgər mövsümün sonunda qədər cəzalansaydım, daha çox məmnun olardım. Çünki belədə istirahətə erkən yollanacaqdım. "Bordo" ilə oyundan sonra səsləndirdiyim ifadələrdə hakimləri hədəfə almamışdım. Əgər onları təhqir etsəydim, üzr istəyərdim".
 
Qeyd edək ki, İbrahimoviç "Bordo" ilə oyundan sonra matçın hakimlərini təhqir etmiş və PSJ-nin Fransaya layiq klub olmadığını bildirmişdi. 

Xəbər xətti