Aprelin 16-sı açıqlanacaq
Xəbər verdiyimiz kimi, hazırda 16 və 19 yaşlılardan iabrət milli komandamızda baş məşqçi postu hələ də boşdu. Təyinatların bu həftə açıqlanacağı görünsə də, ancaq rəsmi açıqlama verilmədi.
Sportal.az-ın əldə etdiyi məlumata görə, rəsmi təyinatlar aprelin 16-sı açıqlanacaq. Belə ki, Məşqçilər Komitəsi ilə AFFA-nın baş katibi Elxan Məmmədov daha bir görüş keçirəcək və bu görüşdən sonra həm U-16, həm də U-19 milli komandamızın baş məşqçisi məlum olacaq. Qeyd edək ki, yeni yaradılacaq U-20 milli komaandamızın baş məşqçisinin bu iclasda təyin ediləcəyi gözlənilir.
saytlarin hazirlanmasi