"Azəryol" bürünc medallara sahib çıxdı
Voleybol üzrə Azərbaycan çempionatına yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün keçirilən üçüncülük və final oyunlarından sonra mükafatçıların sahibləri bəlli olub. İlk olaraq meydana "Azəryol"la "Azərreyl" çıxıblar. Tərəflərin birinci qarşılaşmasından olduğu kimi bu dəfə də "Azəryol" qalib gəlib. Rəqibini hər iki görüşdə quru hesabla məğlub edən Bakı klubu ölkə birinciliyinin bürünc medalına sahib çıxıb.
Günün ikinci oyununda "Rabitə" və "Lokomotiv" üz-üzə gəliblər. İlk görüşdə olduğu kimi bu dəfə də "rabitəçilər" 3:1 hesabıyla üstün olublar. Bu qələbədən sonra Zoran Qayiçin yetirmələri 8-ci dəfə ardıcıl çempionluqlarını rəsmiləşdiriblər. "Loko" isə Super Liqanın gümüş medallarını qazanıb.
Super Liqa
12 aprel
Bürünc medal yer uğrunda (cavab oyunu)
"Azəryol" - "Azərreyl" 3:0 (25:21, 31:29, 25:18)
Final (cavab oyunu)
"Lokomotiv" - "Rabitə" 1:3 (25:22, 20:25, 16:25, 13:25)
saytlarin hazirlanmasi