Qarşılaşmada 5 qol
Bu gün "ABU-Arena"da futzalçıların ölkə çempionatının yüksək liqasında 12-ci turun təxirə salınmış oyunu keçirilib.
Sportal.az xəbər verir ki, hesabat turunda ölkə çempionluğuna iddialı "Fənər" son illərin dəyişməz çempionu "Araz"la ilə qarşılaşıb. Gərgin keçən matçda ilk hissədə hesab açılmayıb. Növbəti yarı məhsuldar keçib.
Sona 2 dəqiqə qalmışa qədər komandalara hərəyə 2 dəfə fərqlənib. Həlledici zərbə "Araz"dan gəlib və Naxçıvan təmsilçisi çempionluq mübarizəsində "sarı-lacivərdlilər"i büdrədərək, "Xəzər adaları"nın qızıl medala gedən yolunu daha açıb. Debütant son durumda indi əsas rəqibini "Fənər"i 8 xal fərqlə qabaqlayır.
saytlarin hazirlanmasi