Təbriz klubu fürsəti qaçırdı

10:39 - 13 Aprel 2015

İkinci hissədə gələn məğlubiyyət
 
İran çempionatında 25-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə "Sepahan"ın qonağı olub.
 
Görüş təbrizlilərin məğlubiyyəti ilə başa çatıb. Fasiləyə 1:0 hesabı ilə öndə yollanan "Traktor Sazi" ikinci hissədə üstünlüyünü əldən verb - 1:2.
 
Qeyd edək ki, Təbriz təmsilçisi 25 turdan sonra 47 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Hazırda birinci pillədə qərarlaşmış "Neft Tehran" bu turda məğlub olduğundan, təbrizlilər bu oyunda qalib gələcəyi təqdirdə liderliyə yüksələcəkdi. Ancaq "Traktorsazi" bu fürsətdən yararlana bilməyib.

Xəbər xətti