"Yaz turniri" keçiriləcək

17:30 - 13 Aprel 2015

4 komandanın iştirakı ilə

 

AFFA-nın və "Bakcell" şirkətinin dəstəyi, Əlillər Futbolu Federasuyasının təşkilatçılığı ilə aprelin 14-dən 16-dək eşitməqüsurlu əlillər arasında futzal üzrə "Yaz turniri" keçiriləcək.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, ənənəvi turnir Azərbaycan Texniki Universitetinin idman kompleksində təşkil olunacaq.

 

Oyunların təqvimini diqqətinizə çatdırırıq:
 

14 aprel
09:30. Açılış mərasimi
10:00. Şimşək - Birlik
11:00. Zirvə - Ümid
 

15 aprel
10:00. Zirvə - Birlik
11:00. Şimşək - Ümid
 

16 aprel
09:30. Şimşək - Zirvə
10:30. Ümid - Birlik
11:30. Mükafatlandırma mərasimi

Xəbər xətti