31-ci tura hazırlıq
Əzəli rəqibi ilə “Fırtınalar meydanı”nda keçirdiyi oyundan sonra sərbəst buraxılan “Xəzər Lənkəran” bu gün toplanır.
Sportal.az xəbər verir ki, komanda bu gün, aprelin 15-də Lənkərandakı bazasında bir araya gələcək. Qarşıdakı günlərdə doğma şəhərdə hazırlaşacaq komandanın heyətinə yaxın vaxtlarda bir neçə futbolçu qoşulacaq. İlk olaraq Kiyev “Dinamo”sunun yetirməsi Lənkərana gələcək. Ukraynalı futbolçu komandanın məşqlərində iştirak edərək baxışdan keçəcək.
Xatırladaq ki, hazırda kubok və çempionat oyunlarını kənardan izləyən “Xəzər Lənkəran” Premyer Liqanın XXXI turu çərçivəsində aprelin 25-də “Qəbələ”ni qəbul edəcək.
saytlarin hazirlanmasi