Millimizin heyəti açıqlandı

14:31 - 15 Aprel 2015

"Böyük İpək Yolu" turniri

 

Aprelin 15-də “Cristal Hall”da Avropa Oyunlarına test xarakteri daşıyan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə start veriləcək.

 

Sportal.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparacaq. Yarış həm kişilər, həm də qadınlar arasında keçiriləcək. 

 

Yarışların günorta proqramı hər gün saat 13.00-da, axşam proqramı isə 19.00-da start götürəcək. Yalnız aprelin 15-də turnir saat 19.00-da başlayacaq. 

 

Azərbaycan milli komandası “Böyük İpək Yolu” turnirində güclü heyətlə çıxış edəcək. 

 

49 kq: Salman Əlizadə, Rüfət Hüseynov, Cavid Dadaşov 

52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə

56 kq: Cavid Çələbiyev, Tayfur Əliyev, Kənan Hüseynəliyev 

60 kq: Elvin İsayev

64 kq: Lorenzo Sotomayor, Cavid Quliyev, Zaur Abdullayev 

69 kq: Tamerlan Abdullayev, Yevgeni Romaşkeviç 

75 kq: Kamran Şahsuvarlı, Xaybula Musalov, Nikolay Veselov  

81 kq: Rauf Rəhimov, Vətən Hüseynli, Eldar Quliyev

91 kq: Teymur Məmmədov

+91 kq: Məhəmmədrəsul Məcidov, Kamran Mehdiyev

 

Qızlardan ibarət milli komanda 

51 kq: Anaxanm Ağayeva, Əzizə Abbasova

54 kq: Anna Əlimərdanova

60 kq: Yana Alekseyeva

64 kq: Yelena Vıstropova

75 kq: Leyla Cavadova

Xəbər xətti