DÇ-2018: püşk atıldı

14:49 - 15 Aprel 2015

Rəqiblər bəlli oldu

 

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Asiya zonası üzrə ikinci seçmə mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, bu mərhələdə 40 komanda hərəsində 5 yığma olmaqla 8 qrupda mübarizə aparacaq. Mərhələnin oyunları 2015-ci ilin iyunundan 2016-cı ikin mart ayına qədər olan müddətdə keçiriləcək. 

 

Həmin qruplarla sizi tanış edirik:

A qrupu: Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Fələstin, Şərqi Timor, Malayziya
B qrupu: Avstraliya, İordaniya, Tacikistan, Qırğızıstan, Banqladeş
C qrupu: Çin, Qətər, Maldiv adaları, Butan, Honq Konq
D qrupu: İran, Oman, Hindistan, Türkmənistan, Quam
E qrupu: Yaponiya, Suriya, Əfqanıstan, Sinqapur, Kamboca
F qrupu: İraq, Vyetnam, Tayland, İndoneziya, Tayvan
G qrupu: Koreya, Küveyt, Livan, Myanmar, Laos
H qrupu: Özbəkistan, Bəhreyn, Filippin, Koreya XDR, Yəmən

Xəbər xətti