"Mançester Siti"ni "Arsenal"a dəyişə bilər

20:47 - 15 Aprel 2015

London klubu Milnerin transferini bitirməyə yaxındı
 
"Mançester Siti"nin yarımmüdafiəçisi Ceyms Milner karyerasını "Arsenal"da davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, İngiltərə mətbuatında yayılan xəbərlərə görə, London klubu Milnerin transferini bitirməyə yaxındı.
 
"Arsenal"la yanaşı, "İnter", "Milan" və "Roma" yarımmüdafiəçi ilə yaxından maraqlanır.
 
Cari mövsümdə 40 matçda meydana çıxan Ceyms Milnerin aktivində 6 qol, 6 məhsuldar ötürmə var.

Xəbər xətti