Ronaldinyodan gözlənilməz qərar
Məşhur braziliyalı hücumçu Ronaldinyo gözlənilməz qərar verib.
Sportal.az xəbər verir ki, 35 yaşlı oyunçu bu ilin mayında futbolçu karyerasını başa vurmağa hazırlaşır.
Hazırda Meksikanın "Keretora" klubunun şərəfini qoruyan Ronaldinyonun bu qərarını yaxın günlərdə rəsmən açıqlayacağı gözlənilir. Onun futboldan getməsi ilə bağlı fikrini ailəsi ilə bölüşdüyü bildirilir.
saytlarin hazirlanmasi