Müsbət fikirlər səsləndirilib
Xəbər verdiyimiz kimi, dünən “Əlincə”nin U-15 komandasının futbolçusu Turan Vəlizadə Türkiyə nəhəngi “Fənərbaxça”nın düşərgəsinə baxışa yollanıb.
Sportal.az xəbər verir ki, U-15 millimizin də üzvü olan oyunçumuz dünən “sarı-lacivərdlilər”lə birgə məşqlərə də başlayıb. Artıq indidən türkiyəli məşqçilər futbolçumuz haqda müsbət fikirlər səsləndirir.
Qeyd edək ki, aprelin 21-də “Fənərbaxça”nın məşqçilər korpusu Turan Vəlizadə haqda yekun qərarını açıqlayacaq.