"Bakı -2015" üçün Bakıya gətirilən helikopterlər FOTOLAR

15:27 - 16 Aprel 2015

"AgustaWestland-139" helikopteri

 

"Bakı-2015" I Avropa Oyunları zamanı istifadə olunacaq ambulans-helikopterlərin texniki göstəriciləri məlum olub.

 

Sportal.az xəbər verir ki, müqaviləyə əsasən, Azərbaycan bir neçə il öncə aldığı "AgustaWestland-139" helikopterlərini təcili tibbi yardım xidməti göstərən ambulans-helikopterlər kimi istifadə edəcək.


 
Məlumata əsasən, fövqəladə hallarda həmin helikopterlərdən istifadə olunacaq. Onlar artıq hazır vəziyyətdədi. 
"AgustaWestland-139" iki mühərrikli yeni nəsil orta sinfi təmsil edən helikopterlərdəndi. AW-139 ekonomik göstəricilərə, yüksək uçuş-texniki xüsusiyyətlərə, çoxfunksionallığa və yüksək dözümlülüyə malik olan helikopter sayılır. 
 
AW-139 öz sinfində saatda 311 km sürət yığan yeganə helikopterdi. Helikopter havaya maksimal 6.800 kiloqram çəki ilə uça bilər. 
 
Adıçəkilən helikopter maksimum 15 sərnişini yüksək sürətlə rahat daşıya bilər. Baqaj giriş xaricində, eləcə də helikopter daxilində mümkündü. AW-139 son tələblərə uyğun hazırlanıb.
 

Qeyd edək ki, I Avropa Oyunları zamanı Azərbaycana əlavə olaraq 100 təcili yardım maşını gətirilib. Onlardan 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq.

Xəbər xətti