Füzuli Məmmədovun komandası Gənclər Liqasında
2015/16 mövsümündə avrokuboklarda Azərbaycanı təmsil edəcək klublardan biri müəyyənləşib.
Sportal.az xəbər verir ki, ilk vəsiqəni Bakının "Rəvan” klubu qazanıb.
"Sarı-qrımızılar" UEFA-nın Gənclər Liqasında çıxış edəcək ilk Azərbaycan klubu kimi tarixə düşmək imkanı qazanıb. Dünən "Bakı"lı həmyaşıdlarını məğlub edən Fizuli Məmmədovun yetirmələri U-19 Liqasında çempion adını qazanıblar.
26 oyundan sonra 68 xal toplayan "uçan aslanlar" qalan turların nəticəsindən asılı olmayaraq, 1-ci yeri təmin edib. "Qəbələ”ylə "Simurq” liderə çatmaq üçün nəzəri şanslarını qorusalar da, şəxsi oyunlarda üstün olan "Rəvan” qızıl medalları təmin edib.
UEFA-nın ötən ilin sonlarında çıxardığı qərara əsasən, 2015/16 mövsümündən yarışda təkcə Çempionlar Liqasının qrupunda çıxış edən 32 klub deyil, həm də reytinqdə ilk 32 pillədə olan ölkələrin bu yaş qrupu üzrə çempionları da çıxış edəcək.
Qeyd edək ki, 2014/15 mövsümündə yarışın qalibi İngiltərə "Çelsi”si olub. London təmsilçisi aprelin 13-də baş tutan finalda Ukrayna "Şaxtyor”unu məğlub edib – 3:2.
saytlarin hazirlanmasi