"Traktorsazi" liderliyə yüksəldi

21:33 - 16 Aprel 2015

Təbriz klubundan ardıcıl 3-cü qələbə
 
İran çempionatında 26-cı turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, Güney Azərbaycanın fəxri “Traktorsazi” öz meydanında “Saypa” ilə qarşılaşıb. 10-cu dəqiqədə qapısında qol görən Təbriz təmsilçisi 82-ci dəqiqədə Haşeminin, sona 1 dəqiqə qalmış isə Delirin vurduğu qollarla mühüm qələbə qazanıb - 2:1.
 
Lider “Naft Tahran” səfərdə “Zob Ahan”a 3:5 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra Güney Azərbaycanın fəxri 50 xalla zirvəyə yüksəlib. Təbriz klubu sona 4 tur qalmış ən yaxın izləyicisini 2 xal qabaqlayır.

Xəbər xətti