"Xəzər Lənkəran" "Fırtınalar meydanı"ndan nə zaman istifadə edə biləcək?

10:37 - 17 Aprel 2015

Komanda ehtiyat meydançada hazırlığını davam etdirir
 
31-ci turda qarşılaşacaqları "Qəbələ" ilə matçın hazırlıqlarına başlayan "Xəzər Lənkəran" məşqlərini ehtiyat meydançada davam etdirir.
 
Sportal.az xəbər verir ki, buna səbəb əsas arenanın ot örtüyünə  yeni toxumların əkilməsidi. Bu üzdən aprelin 20-dək komanda meydançaya buraxılmayacaq. Amma komanda cari mövsümün qalan ev matçlarını həmin stadionda keçirə biləcək. 
 
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” oyunu aprelin 25-də keçiriləcək.

Xəbər xətti