Klublara müvafiq tövsiyələr verilib
Bu gün AFFA-nın inzibati binasında növbəti mövsüm UEFA-nın yarışlarında və Premyer Liqada çıxış etmək üçün lisenziya almaq məqsədilə müraciət etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
Sportal.az xəbər verir ki, klubların rəhbər şəxslərinin və maliyyə üzrə mütəxəssislərinin iştirak etdiyi görüşdə baş katib Elxan Məmmədov çıxış edib, lisenziyalaşdırma prosesi, o cümlədən maliyyə Fair Play-i ilə bağlı məsələlər ətraflı müzakirə olunub, klublara müvafiq tövsiyələr verilib.
saytlarin hazirlanmasi