Kikboksçuların çempionatı sabah start götürür

16:55 - 17 Aprel 2015

Kikboksinq Federasiyası iclas keçirib
 
Azərbaycan Kikboksinq Federasiyasının Mərkəzi Qərargahında 18-19 aprel 2015-ci il tarixlərində keçiriləcək respublika çempionatına hazırlıqla bağlı federasiyanın nəzdində fəaliyyət göstərən klub və filialları birgə yekun iclası keçirilib. 
 
Sportal.az xəbər verir ki, Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev milli komandanın üzvlərini salamladıqdan sonra, onlara sabahkı respublika çempionatı ilə bağlı uğurlar arzulayıb. Yarışa hazırlıqların yüksək səviyyədə getdiyini qeyd edib. Adil Əliyev bu gün ölkədə idmanın inkişaf etdiyini və idmançılara dövlət tərəfindən ən yüksək səviyyədə dəstəyin göstərildiyini bildirib. 
 
Millət vəkili bütövlükdə ölkədə quruculuq işlərinin getdiyini diqqətə çəkərək, idmançıların bu işlərdə də fəal olmağa səsləyib.
“Bu gün Azərbaycan idman ölkəsi olaraq tanınır və bir sıra uğurlu yarışlara ev sahibliyi edir. Gənclərimiz arasında idmana böyük maraq yaranmaqdadır. Kikboksinq sahəsi də idman ailəsinin bir üzvüdür və bizim federasiya ölkədə gedən müsbət işlərdə fəal olmalıdır”,-deyə millət vəkili söyləyib.
 
İclasda federasiyasının vitse-prezidentləri Güloğlan Cabbarov, Ramiz Quliyev, federasiyanın baş məşqçisi Elşən Əbdürrəhmanov, komandanın rəisi Sadıx Bağırov, kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov və başqaları çıxış ediblər.

Xəbər xətti