"Yayda komandada dəyişikliklər olmalıdır"
"Qələbə qazanmaq istəyirdik. Təəssüflər olsun ki, son saniyələrdə qol buraxdıq. Hər halda son oyunlar onu göstərir ki, yayda komandada dəyişikliklər olmalıdır".
Sportal.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 30-cu turunda "Sumqayıt"la oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
T.Əhmədov komandasında olan problemlərdən danışıb: "Əgər oyunçu yaxşı futbol sərgiləmirsə, dəyişikliklərə ehtiyac var. Problem ondadır ki, zədəli oyunçularımız az deyil. Freddi Mombonqo isə cəzalı idi. Bu problemə görə meydançaya gənc Aydın Qasımovu buraxmışdıq. Heyətdəki problemlər mənim işimi çətinləşdirir. Bütün bunlara baxmayaraq, 1 xal qazandıq. Bir xal da qənimətdir”.
saytlarin hazirlanmasi