Məmmədovanın komandasından növbəti titul
Azərbaycanın voleybolçu qadınlardan ibarət millisinin üzvü Natalya Məmmədova daha bir titula yiyələnib.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçumuz bu dəfə İsveçrə çempionu adını qazanıb. Məmmədovanın şərəfini qoruduğu "Volero" ardıcıl 10-cu dəfə çempionluğunu rəsmiləşdirib. Voleybolçumuzun komandası finalda hər üç görüşdə "Könits"i məğlub etməklə qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, Məmmədovanın komandası bir neçə gün əvvəl İsveçrə kubokunun da qalibi olub.
Xatırladaq ki, Natalya Məmmədova 2005-2006-cı illər mövsümündə "Volero"nun heyətində eyni uğurları qazanmaqla ikiqat çempion olub. O, həmçinin birinciliyin ən dəyərli və məhsuldar oyunçusu seçilib.
saytlarin hazirlanmasi