Yeni baş məşqçi liberolara etimad göstərdi
Qadın voleybolçular arasında Almaniya millisinin heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, yeni baş məşqçisi Lusiano Pedulla “Volley Masters” üçün açıqladığı heyətə yığmaya 22 oyununun adını daxil edib.
O, İsveçrədə baş tutacaq möhtəşəm yarış üçün açıqladığı siyahıda Azərbaycan Super Liqasından 2 voleybolçuya da yer verib. Bunlar “Lokomotiv”lə ölkə çempionatında gümüş medal alan Lisa Tomsen və “Azəryol”un heyətində üçüncü olan Lenka Dürrdü.
Qeyd edək ki, mayın 26-31-i aralığında keçiriləcək yarışda almanlar Türkiyə, Yaponiya və İtaliya yığmaları ilə B qrupunda mübarizə aparacaqlar.
saytlarin hazirlanmasi