Hollandiya çempionu məlum oldu

11:08 - 19 Aprel 2015

PSV sona 3 tur qalmış liderliyi siğortaladı
 
Hollandiya çempionatının qalibi sona 3 tur qalmış müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, PSV klubu 9 ildən sonra tarixində 22-ci dəfə ölkə çempionu olub. 
 
PSV bu uğuru 31-ci turda "Herenven"i evdə 4:1 hesabı ilə yenərək, qazanıb. Bununla da baş məşqçi Filip Kokunun komandası ən yaxın rəqibi "Ayaks" üçün əlçatmaz olub.
 
Qeyd edək ki, hazırda PSV-nin 79, "Ayaks"ın 66 xalı var. Eyndhoven klubu daha öncə 2006-2007-ci il mövsümündə Hollandiya çempionu olub. 

Xəbər xətti