"Xəzər Lənkəran"dan ukraynalı futbolçu üçün daha bir həftə

00:12 - 20 Aprel 2015

Komanda dünən istirahət edib
 
Aprelin 25-də Premyer Liqanın 31-ci turunda "Qəbələ" ilə qarşılaşacaq "Xəzər Lənkəran" dünən istirahət edib.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, komanda bugündən etibarən gündə iki dəfə məşq etməklə hazırlıqları bərpa edəcək. Komandanın heyətində baxışda olan ukraynalı futbolçu Andrey Saxnoviç haqda isə hələlik qərar verilməyib. Onun haqda qərar "Qəbələ" ilə matçdan sonra veriləcək. 
 
Qeyd edək ki, komandanın heyətində Alfred Sanko, Rahid Əmirquliyev və Elşən Rzazadə cəza səbəbindən "Qəbələ" ilə matçda forma geyinməyəcək.

Xəbər xətti