"Olimpiakos"ın 42-ci çempionluğu
Yunanıstan superliqasında 2014/2015 mövsümünün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Olimpiakos" çempionatın qızıl medallarına yiyələnib. Superliqanın 31-ci turunda evdə "Levadiakos"u 4:0 hesabı ilə məğlub edən "Olimpiakos" ən yaxın izləyicisi PAOK-u 13 xal qabaqlayıb. Bununla da, "Olimpiakos" sona üç həftə qalmış 42-ci çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, bu, "Olimpiakos"un ardıcıl 5-ci çempionluğudur.
saytlarin hazirlanmasi