"Məktubda qeyd olunub ki..."
Xəbər verdiyimiz kimi, yayılan məlumatlara görə FİFA Veldin Muharremoviçin şikayət eməsi ilə "Xəzər Lənkəran”a transfer cəzası tətbiq edib. AFFA bu barədə məktubun "Xəzər Lənkəran"a göndərildiyini açıqlasa da, həmin məktubda başqa məqamlara toxunulduğu deyilir.
Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu maraqlı məqamlara toxunub:
"AFFA-dan bizə məktub daxil olsa da, orada Muharremoviçin iddiasının qəbul edilmədiyi qeyd olunub. Bu məsələyə məntiqlə yanaşsaq görərik ki, belə bir hal var idisə biz niyə ukraynalı futbolçunu baxışa gətirirdik. Ancaq, yenə də bu məsələ aydınlaşdırılacaq"
saytlarin hazirlanmasi