AFFA-ya rəsmi məktub da gəlib
19 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Çempionlar Liqasının yeni mövsümündə Azərbaycanı "Rəvan" təmsil edəcək.
Sportal.az xəbər verir ki, bu komanda U-19-lar arasında keçirilən son ölkə çempionatının qalibidir. Bu üzdən də Azərbaycanı ÇL-də məhz "aslanlar" təmsil edəcəklər. "Rəvan" mübarizəyə ilk təsnifat mərhələsindən başlayacaq. Amma həmin oyunların vaxtı hələlik, bəlli deyil. Artıq bu barədə də AFFA-ya UEFA-dan rəsmi məktub da daxil olub.
saytlarin hazirlanmasi