"Shamkir Chess 2015": Kramnik Anandla, Məmmədyarov Qiriylə heç-heçə etdi, Məmmədov Soya uduzdu

21:52 - 20 Aprel 2015

Karslendən növbəti qələbə
 
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015" turnirində dördüncü tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, bu gün ümumilikdə 5 görüş keçirilib. Günün mərkəzi oyununda Vladimir Kramnik Vişvanatan Anandla xalları yarı bölüb. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Aniş Qiri ilə heç edib, Rauf Məmmədov isə Uesli Soya uduzub.
 
 
Maykl Adams - Maqnus Karlsen - 0,5:0,5
 
Maksim Vaşye-Laqrav - Fabiano Karuana - 0,5:0,5
 
Aniş Qiri - Şəhriyar Məmmədyarov - 0,5:0,5
 
Vladimir Kramnik - Vişvanatan Anand - 0,5:0,5
 
Uesli So - Rauf Məmmədov - 1:0
 
Turnir cədvəli: So - 3,5, Karlsen - 3, Kramnik - 2,5, Anand, Vaşye-Laqrav - 2, Qiri, Karuana, Məmmədov, Məmmədyarov - 1,5, Adams-1.

Xəbər xətti