Futbolçumuzu qətlə yetirən erməninin görüntüsü yayıldı FOTO

00:44 - 21 Aprel 2015

5 erməni tutulub
 
Anspress Rusiyanın Yekaterinburq şəhərində sabiq azərbaycanlı futbolçu Emil Hüseynovu vəhşicəsinə öldürən erməninin fotosunu əldə edib. 
 
Sportal.az xəbər verir ki, Tiqran adlı erməni Emil Hüseynovu ürəyindən bıçaqlayıb. 
 
Hüseynov Yekaterinburq şəhərində ermənilər tərəfindən Azərbaycan musiqisinə görə öldürülüb.  Belə ki, Emil dostları ilə birlikdə kafedə əyləşib. Dostlar Azərbaycan musiqisi sifariş ediblər. Kafedə Azərbaycan musiqisi çalındıqdan sonra qonşu stolda oturan ermənilərdən biri onu bayıra çağırıb. Bu zaman hər 2 tərəfdən şəxslər çölə çıxaraq mübahisə ediblər. Söhbət əsnasında Tiqran Cicakyan adlı erməni əlindəki bıçağı Hüseynovun ürəyinə sancıb. Bu zaman digər ermənilər də Emili bıçaqlamağa başlayıblar. 
 
Azərbaycanlılar köməyə tələsərkən ermənilər hadisə yerindən qaçaraq uzaqlaşıblar. Emil Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Polis azərbaycanlını bıçaqlayan 5 ermənini tutub. 6-cı erməni isə hazırda axtarılır. 
 
Mərhumun cənazəsi bu gecə 00:40-da dəfn olunmaq üçün Gəncə şəhərinə gətiriləcək. 
 
Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib.
 

Xəbər xətti