"Traktor Sazi"nin Çempionlar Liqasında növbəti sınağı

14:31 - 21 Aprel 2015

V turun matçı

 

Asiya Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, D Qrupunda mübarizə aparan Təbrizin "Traktor Sazi" klubu doğma meydanda "Nasaf"ı qəbul edəcək. Cənubi Azərbaycan klubu bu görüşdə qalib gələcəyi təqdirdə turnir cədvəlində ikinci pilləyə yüksələcək.

 

Qeyd edək ki, "Traktor Sazi" - "Nasaf" qarşılaşması Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Xəbər xətti