"Atletiko", "Real" və "Arsenal" hansı futbolçu üçün mübarizəyə qoşuldu?

15:36 - 22 Aprel 2015

"Real" Poqbaya alternativ tapdı

 

"Monako"nun dayaq yarımmüdafiəçisi Joffre Kondoqbiya Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə Madrid "Atletiko"su, "Arsenal" və "Real" kimi klublar yaxından maraqlanır. "Kral" klubu Kondoqbiyanı Poqbanın alternativi kimi görür.

 

Qeyd edək ki, Joffre bu mövsüm "Monako"nun heyətində çıxdığı 18 matçda 1 qolla yadda qalıb.

Xəbər xətti