Qvardiolanın 6-cı yarımfinalı

19:28 - 22 Aprel 2015

Münhen təmilçisinin 4-cü yarımfinalı
 
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında uğurlu seriyası ilə diqqət çəkir.
 
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis baş məşqçi kimi ardıcıl 6-cı dəfə turnirin yarımfinalına yüksəlib.  
 
Qvardiola bu uğuruna dünən 1/4 finalın "Portu" ilə cavab oyununda imza atıb. Evdə ilk oyundakı 3:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxan (6:1) 44 yaşlı mütəxəssisin komandası yarımfinalda oynamaq hüququ əldə edib.
 
Bu, Münhen təmsilçisinin ardıcıl 4-cü yarımfinalı olacaq. Qvardiola daha öncə 4 dəfə "Barselona", iki dəfə isə "Bavariya" ilə yarımfinala vəsiqə qazanıb.
 
Qeyd edək ki, "Bavariya"nın yarımfinaldakı rəqibi aprelin 24-də müəyyənləşəcək. 

Xəbər xətti