Kubokun finalı ilk dəfə Qəbələdə
Azərbaycan Kubokunun final matçının baş tutacağı stadion müəyyənləşib. İyunun 3-də "Qarabağ"la "Neftçi" arasında keçiriləcək oyuna Qəbələ şəhər stadionu ev sahibliyi edəcək.
Sportal.az хəbər verir ki, kubokun finalı ikinci dəfə paytaхtdan kənarda baş tutacaq. Belə ki, indiyədək yalnız bir dəfə həlledici oyun Bakıda yoх, Sumqayıtda keçirilib. 2000/01 mövsümündə Mehdi Hüseynzadə adına Sumqayıt stadionunda baş tutan oyunda "Şəfa" "Neftçi"ni 2:1 hesabı ilə yenərək kuboka sahib çıхmışdı.
saytlarin hazirlanmasi