Həftəsinə 220 min funt təklif edilsə də...
"Mançester Yunayted"in təcrübəli hücumçusu Robin van Persi "Qalatasaray" və "Fənərbaxça"nın təkliflərinə "yox" cavabı verib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, hər iki klub 31 yaşlı hollandiyalıya həftəsinə 220 min funt-sterlinqlik təklif göndərsələr də, Van Persi bunu qəbul etməyib.
Qeyd edək ki, Van Persi bu mövsüm "qırmızı şeytanlar"ın heyətində çıxdığı 24 çempionat matçında 10 qol və 2 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi