"Barselona"nın sabiq futbolçusu: "Hernandesin qol sevinci mənə təsir etdi"

16:08 - 23 Aprel 2015

"Mənə təsir edən meksikalı hücumçunun qol sevincidir"
 
“Arsenal” və “Barselona”nın sabiq futbolçusu Tyerri Anri Çempiolar Liqasının ¼ finalında “Atletiko”yla matçda “Real”ın qələbə topunu vuran Xavyer Hernandesin qol sevincinə sərt münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, fransalı futbolçu qolun vurulmasında  Kriştiano Ronaldonun böyük əməyi olub. Ona görə də Hernandes bu qola görə Ronaldoya minnətdar olmalıdır:
 
“Fikrimcə, qolu Hernandes deyil, Ronaldo vurub. Mənə təsir edən meksikalı hücumçunun qol sevincidir. Hernandes qol sevincini azarkeşlərlə deyil, Ronaldoyla bölüşməli idi. Çünki qolun vurulmasında portuqaliyalı futbolçunun əməyi böyükdür. Ronaldo hər şey edəndən sonra boş mövqedə olan Hernandesə ötürmə verdi. Meksika yığma komandasının üzvünə yalnız topu boş qapıdan keçirmək qaldı”. 

Xəbər xətti