"Yersiz iddialar irəli sürənlər də baxa-baxa qalacaqlar"
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov cənub tmsilçisinin azarkeş saytı olan 12cioyuncu.infoya müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Elbrus bəy, “Xəzər Lənkəran”ın hal-hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?
- Nə deyim, “Qəbələ” ilə oyuna hazırlıq tam gücü ilə gedir, komanda daxilində atmosfer əladı, uşaqlar var-qüvvə ilə hazırlaşırlar. Həm fiziki hazırlıq həm də taktiki çalışmalar məşq planına uyğun aparılır.
- İki gün sonra keçiriləcək ev oyunumuz öncəsi heyətdə ciddi itkilər var. Üstəlik rəqib 7 oyundur ki, məğlubiyyətin nə olduğunu bilmir, belədə sizcə bu iki məqam “Qəbələ” ilə oyuna köklənməyə hər hansı mənfi təsirini göstərə bilərmi?
-Qeyd edim ki, itkilərimiz kifayət qədər ciddidir. Lakin buna rəğmən matçda əzmkarlıq hesabına və yaxşı oyunumuzla rəqibin qələbə seriyasını durdurmağa çalışacağıq. Amma əsas məqsədimiz rəqibin hansısa seriyanı davam etdirməsi və ya bunu dayandırmaq zərurəti deyil, biz bütün diqqətimizi öz oyunumuza yönəldirik və istəyimiz də azarkeşlərimiz qarşısında layiqli çıxış etməkdir.
- Azarkeşlərdən söz düşmüşkən. “Xəzər Lənkəran”nın fəal azarkeşləri ilə göruşmək heç urəyinizdən keçibmi? Bəlkə azarkeşlərə ürək sözunuzü demək istəmisiniz?
- Çox istərdim belə bir görüş baş tutsun. İlk olaraq görüşərək bizə dəstək verdiklərinə görə onlara təşəkkür etmək istəyirəm. Əlbəttə hazırda stadiona gəlməyən azarkeşlərimizi də ayırmaq istəmirəm, onlarla birlikdə biz hamımız bir camiyəyik. Sualınızın cavabına qayıdaraq bildirim ki, belə bir görüşün keçirilməsini çoxdan istəyirəm. Düşünürəm ki, yaxın zamanlarda bu istəyimizi həyata keçirə biləcəyik.
- Elbrus bəy, daha bir məsələyə toxunaq. Yəqin xəbəriniz var ki, azarkeşlərimizin əksəriyyəti növbəti mövsüm üçün Afrika ölkələrindən həmçinin Portuqaliyadan bir neçə futbolçunun transfer ediləcəyi ilə bağlı mətbuatda gəzən xəbərlərlə maraqlanırlar…
- Mətbuatda verilən həmin o məlumatlar həqiqətdi – Afrika və Portuqaliya məsələsini nəzərdə tuturam. Yeni futbolçular dəvət olunacaq komandaya.
-“Xəzər Lənkəran” azarkeşləri gələn il daha iddiali bir komanda görmək arzusundadırlar.
-İnşallah görəcəklər, Allahın köməyi ilə. Qeyd etdiyim transfer çalışamlarının həm coğrafi planda həm də digər nüanslarının strategiyası hazırlanıb, bu işlərə artıq start verilib.
- Klubun idman direktoru Yunis Huseynovun qonşu İran İslam Respublikasına getməsi və bəzi futbolçuların oyununa baxmağı doğrudurmu və ukraynalı Andrey Saxneviç barədə nə deyərdiniz?
- Yunis müəllim həqiqətən də İrandadı, Təbrizdə bəzi futbolçuları izləyir. Bu işlər barədə hələ çox danışmaq istəmirəm. Andrey Saxneviç isə hələlik bizimlə məşq edir, deyərdim ki, xoş təsir bağışlayır. İnanıram ki, apellyəsiya məhkəməsi bizə tərəf qərar versin. Vəkillərmiz güclüdü və işlərini biləndi. Yox əgər məhkəmədə tərslik eləsələr, onda ikinci planımız da var. İnanın ki, “Xəzər Lənkaran” yenə güclü və iddiallı klub olaraq bütün azarkeşlərimizi sevindirəcək.
- Məni qabaqladız, bununla bağlı sualı verməyimi gözləmədən özünüz söz saldınız. Gəlin FİFA tərəfindən “Xəzər Lənkəran”a transfer qadağası qoyulması mövzusunu davam etdirək…
-Bu məsələ hamını şoka salmışdı, təsəvvür edin ki, bir oyun belə oynamayan futbolçu klubdan FİFA-ya şikayət edir və klubu cəzalandırırlar… Məgər bu ağlabatandırmı? Yadınızdadırsa bir dəfə ali futbol qurumları bizə qarşı məhkəmədə uduzub sonra da üzr istəmişdilər. İnanıram ki, bu dəfə də belə olacaq, İnşaAllah.
- Elbrus bəy. Rəhbərlik bununla bağlı UEFA-ya FİFA-ya öz etirazını bildiribmi? Bu barədə klub hansı addımları atmaq fikrindədir?
- Qeyd etdiyim kimi bu işlə indi vəkillər məşgul olur. Onu da deyim, FİFA indiyə kimi heç bir klubdan üzr istəməyib, o vaxt buna bizim vəkillər nail olmuşdu.
-Güman etmək olar ki, biz yenə xoş xəbər alacağıq?
-Bizim buna inamımız yetərincədir və inanmağa da əsasımız həddindən çoxdur.
- Bəs gəncləşdirmə siyasətinin qış və yay fəslinə salınmasını həmin o transfer qadağası ilə bağlı FİFA-dan gələn məktubla əlaqələndirənlərə nə cavab verərdiniz?
- Onlara qısaca olaraq belə cavab verərdim ki, “Xəzər Lənkəran” növbəti mövsümdə yenilənmiş heyətdə güclü və iddialı bir komanda olacaq. O məktub isə adi bir kağız parçası kimi unudulacaq və yersiz iddialar irəli sürənlər də baxa-baxa qalacaqlar.
- Sonda “Qəbələ” ilə göruş öncəsi azarkeş saytı vasitəsi ilə “Xəzər Lənkəran” azarkeşlərinə demək istədiyiniz bir sözünüz varmı?
-Ən böyük istəyimiz hər oyun yaxşı nəticə göstərmək və bütün azarkeşlərmizi sevindirməkdir. “Qəbələ” ilə oyunda azarkeşlərimizin dəstəyinə ümüdlüyik. Əzəli rəqiblə oyunda iki top fərqi ilə geri düşdükdən sonra dönüş yaratmağımızda azarkeşlərin əziyyəti böyukdü, danılmazdır. Allah hamınıza kömək olsun. “Ağ-yaşıl” azarkeş ordusuna daima etiyacımız var. “Qəbələ” ilə qarşılaşmada da onların yolunu səbirsizliklə gözləyirik.
- Komandamıza növbəti oyunlarda uğurlar arzu edirik və hamımız komandamızı belə çətin günlərdə dəstəkləməyə borcluyuq. Çox sağ olun.
- Təşəkkür edirəm.
saytlarin hazirlanmasi