Sadıqlı yenidən heyətə qayıdır
Aprelin 25-də Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edəcək.
Sportal.az xəbər verir ki, matç öncəsi Cənub klubu ciddi problemlə üzləşib.
Belə ki, komandanın əsas qapıçısı Vyekoslav Tomiç zədəli olduğu üçün müalicəsini öz ölkəsində davam etdirir. Bu qarşılaşmada qapının zədədən yeni qayıdan Orxan Sadıqlının qoruyacağı gözlənilir. Belə vacib matçda qapının ona əmanət olunmasının səbəbi isə Premyer Liqa təcrübəsinə malik olmasıdı.
saytlarin hazirlanmasi