Qarşılaşmada 16 qol vuruldu
Futzal üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsində "Xəzər Adaları" "Amrahbank"la qarşılaşıb.
Sportal.az xəbər verir ki, Elnur Qənbərovun yetirmələri bu matçda 11:5 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. "Xəzər Adaları"nın heyətində Eduardo Borges 3 dəfə, Sezar Avqusto, Amadeu da Silva, Kardeyro Françesko və Karlo Rodriqes hərəyə 2 dəfə fərqlənib. Rəqibin heyətində isə Hikmət Bağırov (2), Rinat Sultanov, (2) və Elvin Quliyev fərqlənib.
saytlarin hazirlanmasi