"Qırmızı şeytanlar" onu göndərmək istəyir
"Mançester Yunayted"in meksikalı hücumçusu Xavyer Ernandes (Çiçarito)-nun taleyinin necə olacağı maraqla gözlənilir.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, icarə əsasında "Real"da forma geyinən Çiçarito son Madrid derbisində vacib qolu vursa da, Ançelotti onu komandada saxlamaq niyyətində deyil. "Qırmızı şeytanlar" isə mövsümün sonunda 7 milyon avro qarşılığında Ernandesi satmaq niyyətindədi.
Qeyd edək ki, Çiçarito ilə "Valensiya", "Vest hem" və "Sautqempton" klubları yaxından maraqlanır.
saytlarin hazirlanmasi